Ru
12:08 / 29 Mart 2024

Ət idxalında kəskin artım - Sahibkarlar niyə xaricə üz tutur? - Açıqlama

3778
“Kənd təsərrüfatı ölkəsi olan Azərbaycanda ət idxalının artması təəccüb doğurur. Bu, ölkədə yerli istehsalın lazımi həcmdə olmamasının təzahürüdür. Fikrimcə, problemin həlli istiqamətində hökumətin iqtisadi bloku müvafiq tədbirlər görməlidir”.




Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov bildirib.

Onun sözlərinə görə, ölkədə daxili bazarın təmin olunması üçün kənd təsərrüfatı sektorunun böyük potensialı var:

"Ət istehsalı üzrə göstəricilər artırılmalıdır. Həm daxili bazarı təmin etməli, həm də ixracatımızı gücləndirməliyik. Bunun üçün kənd təsərrüfatı sektorunun imkanlarından lazımi səviyyədə istifadə edilməlidir”.

Bəzi mütəxəssislər isə hesab edirlər ki, sahibkarlara əti istehsal etməkdənsə, idxal etmək daha sərfəlidir. Çünki heyvandarlıqla bağlı müəyyən məhsullar ( dərman preparatları, peyvəndlər) var ki, onlar xaricdən alınır. Bir heyvanın ərsəyə gəlməsi, yem bazaları ilə təmin edilməsi, otlaq sahələrinin artırılması çətin prosesdir. Azərbaycanda ət istehlakının yüksək olması, ölkəyə gələn qonaqların sayının artması ətə olan tələbatı artırır. Buna görə də sahibkarlar əti Gürcüstan, Rusiya və digər ölkələrdən idxal etməyə üstünlük verirlər. Bu, onlara daha ucuz başa gəlir.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında ölkəyə 35 milyon dollarlıq - 34 min 860 ton ət gətirilib. Bu, həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1054 ton, dəyər baxımından isə 7 milyon 385 min ABŞ dolları çoxdur.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər