İtalyada yerləşən Etna dağında güclü püskürmə qeydə alınıb.
Bakupost.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, püskürmə anı ərazidə 40-a yaxın turist olub. Turistlər yüksək temperaturlu qazlar, kül və qayaların püskürməsindən sonra üzüaşağı qaçmağa başlayıb.
Ölkənin Milli Geofizika İnstitutu və Vulkanologiya Rəsədxanasının məlumatına görə, dünyanın ən aktiv vulkanlarından biri olan Etnada belə böyüklükdə pürkürmə onuncu dəfə 2014-cü ildə qeydə alınıb.