Goranboy rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Şaiq Qənbərli cinayət məsuliyyətinə cəlb edilib.
Bakupost.az-ın əldə etdiyi məlumata görə, Qənbərli Şaiq Akif oğlu aralarında ədavəti olduğu Goranboy rayon sakininin şəxsi həyatına dair məlumatları gizlicə lentə alıb və həmin videonu onun yaxın ətrafına göndərib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri ilə videonu gizlicə çəkənin Şaiq Qənbərli olduğu müəyyən olunub və o istintaqa cəlb edilib.
***
Şaiq Qənbərli isə cinayət məsuliyyətinə cəlb edilmədiyini bildirib:
"Şəxsin hər hansı cinayət işi üzrə təqsirli bilinməsi və məsuliyyətə cəlb olunması yalnız məhkəmə qərarından sonra müəyyən olunur. Qeyd etmək istəyirəm ki, çalışdığım müddətdə və ondan sonra heç bir cinayət işinə cəlb olunmamışam",- o əlavə edib.
Bilal, BakuPost