Türkiyənin Dənizli əyalətinin Tavas rayonunda Cümhuriyyət Xalq Partiyasının yerli təşkilatının sədr müavini Mehmet Palaz bədbəxt hadisə nəticəsində ölüb.
Bakupost.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Dənizlidə seçki zəfərini qeyd edərkən eyvan çöküb. Nəticədə CHP-nın üzvü Mehmet Palaz yıxılaraq dünyasını dəyişib.