Ru
11:53 / 06 May 2024

Fransa hərbçiləri Ukraynada: "Makrona qarşı etirazlar başlayacaq" - Zərdüşt Əlizadənin şərhi

1275
Xəbər verdiyimiz kimi, Fransa Ukraynaya 3-cü Piyada Alayının əsgərlərindən ibarət 100 hərbçi göndərib. Donbas cəbhəsində iştirak edəcəyi deyilən hərbçilərin sayının zamanla 1500 nəfərədək artırılacağı bildirilir. Fransanın bu addımına Rusiyanın necə cavab verəcəyi maraqlıdır.



Politoloq Zərdüşt Əlizadə Bakupost.az -a bildirib ki, cəbhədə ilk fransız əsgərlərinin həlak olmasından sonra vəziyyət dəyişəcək:


“Ukrayana göndərilən fransız hərbçiləri həlak olandan sonra tabutları Fransaya qayıdanda Makrona qarşı kəskin etirazlar başlayacaq və onlar Ukrayna ərazisini tərk edəcəklər. Fransızlar nəinki Ukrayna, heç Fransa naminə belə ölmək istəmir. Qaldı ki, 1500 nəfər hərbçiylə, bununla Ukraynanın dərdinə əlac tapmaq çətindir”.


Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər