Fransa büdcə kəsiri səbəbindən Ukraynaya yardımı kəsmək məcburiyyətindədir.
Bakupost.az xəbər verir ki, bu barədə “Politico” Fransa müdafiə naziri Sebastyan Lekornuya istinadən yazır.
“2024-cü ilin əvvəlində bu yardımın üç milyard avroya çatacağı ilə bağlı siyasi qərar verilib” - deyə nazir vurğulayıb.
O, dəqiqləşdirib ki, reallıqda üç deyil, iki milyard avrodan çox vəsait ayrılacaq.
Qeyd edək ki, Fransa dövlət borcunu qaytarmaqda çətinliklə üzləşib.