“2026-cı ilin ilk iki ayının nəticələri göstərir ki, Azərbaycanda iqtisadi inkişafda qeyri-neft sektoru drayverə çevirilməkdədir. Bu dövrdə neft-qaz sektorunda həm ÜDM, həm də sənaye istehsalı azalsa da enerjidən kənar sektorlar inkişafı dəstəkləyiblər”.
Bakupost.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı deputat Vüqar Bayramov açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, 2026-cı ilin yanvar-fevral aylarında ÜDM neft-qaz sektorunda 1.7 faiz azalsa da, qeyri neft-qaz sahəsində isə 1,4 faiz artıb. Nəticədə, ümumi iqtisadiyyatda artım tempi qorunub saxlanılıb:
“Qeyri neft-qaz sektorunda daha böyük artımlar sənayedə qeydə alınıb. Belə ki, bu müddətdə qeyri neft-qaz sektorunda sənaye istehsalı 7.4 faiz artıb, enerji sahəsində isə 0.8 faiz azalma qeydə alınıb. ÜDM-də olduğu kimi, sənayedə də qeyri-neft sektoru hesabına artım qeydə alınıb”.
“Son həftələr dünya bazarında neftin qiymətinin yüksək olmasına baxmayaraq, son göstəricilər də təsdiq edir ki, iqtisadiyyatın diversifikyasiyası daha da prioritetləşməkdədir. Enerji bazarında qiymət tarazlığının necə olmasından asılı olmayaraq, dayanıqlı və inkluziv inkişafın əsasını məhz güclü qeyri neft-qaz sektoru formalaşdıra bilər”, – deyə iqtisadçı bildirib.
Cavid, BakuPost
Anti-politik ona görə ki, kiçik dövlətlər böyük Siyasətə qoşulma, uğraşmaqla, adətən yalnız təbii-iqtisadi deyil, elə *ayrılmaz* siyasi-hüquqi təhəddüd və sahibkarlıq səlahiyyətlərini müəyyən qədər itirmiş olurlar? PostSovet neft *fontanı* ilə (2030a gıdər) yeni iqtisadi sahələr ən azı 2018ci ilə qədər tarixən neftlə əlaqəli dünyəvi-bazar prioritetli sahələri artımları ilə əvəzləməsi defolt-düşüklük olmazdımı, hörmətli İqtisadçı? Neft hasilatı illər boyu xarici konsorsiuma verilmiş bircə sahə deyilmi? Digər sahələrin dəqiq təhlili müstəqil-tam təminat üçün daha vacib və yekunu ikiqat səmərə olmazdımı? Sosial Rifaha çalışan məsullar da, xarici-qloBaş Siyasi çıxışlardan Vahid İqtisadi göstərici-Adambaşına Ümumdaxili (Təbii-Natural nağdda) Məhsul göstəricilərinin təhlilinə zaman, istehsalçılara dəstək imkanında olardılar?