Ru
14:01 / 21 Yanvar 2022

Gənc müəllim özünü zəhərlədi

Gənc müəllim özünü zəhərlədi
Eye

Göyçay rayon sakini intihar edib.



Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Göyçay şəhərində qeydə alınıb.

Ərəbcəbirli kənd sakini, 1988-ci il təvəllüdlü Gülnar Yusifova şəhərin H.Tağıyev küçəsində yerləşən evində özünü zəhərləyərək öldürüb. Ərəbcəbirli kənd tam orta məktəbində müəllim işləyən və 3 uşaq anası olan Gülnar Yusifovanın intiharının səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Qadının meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.


Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar