Ru
22:49 / 21 İyul 2025

Gəncədə xəstəxanada YANĞIN: Canlı qüvvə cəlb OLUNDU

Gəncədə xəstəxanada YANĞIN: Canlı qüvvə cəlb OLUNDU
Eye

Gəncə şəhərində Abbas Səhhət adına Birləşmiş Xəstəxananın həyətində yanğın baş verib.

Bakupost.az "Report"a istinadən xəbər verir ki, xəstəxananın həyətində formalaşan tibbi tullantılar naməlum şəxs və ya şəxslər tərəfindən yandırılıb.

Alov və tüstü tibb müəssisəsində ciddi təşvişə səbəb olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb edilib.

Yanğın qısa müddətdə söndürülüb.

Hadisənin səbəbləri araşdırılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar