Ru
18:53 / 02 Fevral 2024

Gətirdiyim qızın nömrəsini istəyirdilər - İdmançıların döydüyü Həsən Əzizovdan sensasion açıqlamalar - VİDEO

22357
Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov tərəfindən döyülən veteran idmançı Həsən Əzizov Bakupost TV -nin qonağı olub.

Saytımıza videomüsahibə verən H.Əzizov indiyədək dəfələrlə hücuma məruz qaldığını, hətta ona qarşı silah işlədilsə belə, şikayətçi olmadığını bildirib.

O, adı çəkilən idmançılar tərəfindən döyülməsinin isə bir qədər fərqli hadisə olduğunu deyib.


Döyülməsinin təfərrüatlarına aydınlıq gətirən H.Əzizov hadisədən əvvəl Ruslan Əfəndiyevin ondan Ukraynadan yarışa gətirdiyi və məşqçisi olduğu Nastya adlı idmançının telefon nömrəsini istədiyini bildirib. Həsən səbəbini soruşub və heç bir köməyə ehtiyacları olmadığını bildirib.




Onun sözlərinə görə, Dəniz Mall-da baş verən hadisə zamanı ona ilk zərbəni Tofiq Musayev endirib:

"6-7 nəfər idilər. Tofiq məni vurandan sonra üstümə tökülüşdülər. Mən zərbələrdən qorunmaq üçün üzümü tutdum. Dedim, səhv edirsiniz, bu kişi hərəkəti deyil, təkbətək gəlin. Ancaq məhəl qoymadılar. Bütün göstərişləri Ruslan verirdi. Uzadın, qaldırın, vurun deyirdi. Gah da onlar tuturdular, Ruslan vururdu. Pulqabımı, telefonumu aldılar, kəmərimi açdılar. Məni yerə yıxıb sürüdülər".

Qeyd edək ki, Həzən Əzizov tanınmış idmançıdır. O, eyni zamanda Azərbaycanın Ukraynadakı diasporunun fəal üzvüdür.


Ətraflı videoda...













Elnur
BakuPost
Şərhlər
  • Rəhim

    Tanınmış idmançıların bu hərəkəti çox anlaşılmazdır, belə ki, 4-5 nəfərin bir nəfəri döyməsi...məncə əlavə şərhə ehtiyac yoxdur...

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər