Ru
16:18 / 11 May 2024

Güclü külək, yağış, şimşək - SABAHIN HAVASI

1591
Sabahdan Azərbaycanda hava şəraitinin yağıntılı keçəcəyi, güclü küləyin müşahidə ediləcəyi gözlənilir.

Bu barədə Bakupost. az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 12-si günün ikinci yarısından 13-ü səhərədək şimal-qərb küləyinin 15-18 m/s, axşam yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Mayın 12-si axşamdan 13-dək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında da mayın 12-si gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 15-i səhərədək fasilələrlə leysan xarakterli yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Çaylarda o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər