Sui-qəsd cəhdi nəticəsində yaralanan Slovakiyanın baş naziri Robert Fitsonun müalicəsi Bratislavadakı evində davam edəcək.
Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, vəziyyəti son günlər xeyli yaxşılaşan Fitso helikopterlə Bratislavaya aparılıb.
Baş nazirin Bratislavadakı evində mühafizənin xeyli gücləndirildiyini bildirilib. Hökumət başçısının Banska Bistritsadakı xəstəxanadan evə köçürülməsi onun təkidi ilə həyata keçirilib.