İranın Qərbi Azərbaycan əyalətində Azərbaycan türklərinin silahlandırıldığı haqqında kürd mənbələri ilə yanaşı, Türkiyə televiziyalarının da məlumat yaymaları göstərir ki, bu xəbərin həqiqət olma ehtimalı çoxdur. Bütün mənbələr bunun İranın son 46 illik tarixində ilk dəfə yaşandığını qeyd edirlər.
Bakupost.az xəbər verir ki, bu barədə politoloq Xaqani Cəfərli bildirib.
Onun sözlərinə görə, Türkiyə mənbələri bu hadisənin İraqda bəzi kürd qruplarının silahlanmağa cəhd edərək, Qərbi Azərbaycan əyaləti ilə həmsərhəd İraq ərazilərində toplaşması ilə bağlı olduğunu qeyd edirlər:
“Yenə Türkiyə mənbələrinin məlumatına görə, terror təşkilatı PJAK və digər kürd qrupları İsraillə əlaqə yaratmağa və dəstək almağa cəhd etsələr də, yəhudi dövləti tərəfindən rədd ediliblər.
Türkiyə mənbələrinin digər bir məlumatına görə, İsrailin 12 günlük əməliyyatı zamanı öldürlən yüksək vəzifəli hərbiçilərin vəzifələrinə təyin olunan generalların demək olar ki, hamısı Azərbaycan əsilli zabitlərdir”.
Aygün,
BakuPost