Urmiya şəhərinin İran parlamentindəki nümayəndəsi Salman Zakir plenar iclasda Vətəndaş Qeydiyyatı İdarəsinin uşaqlara və mağazalara türk adlarının verilməsinə qadağa qoymasına etiraz edib.
Bakupost.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
"Uşaqlarımıza, mağazalarımıza yerli və milli adları qoymağın nə qəbahəti var? Uşaqlarımıza sadə və mürəkkəb türk adlarının verilməsi, yoxsa sosial statusa uyğun deyil? Əksinə, bu, türk mədəniyyətinin, adət-ənənəsinin və dilinin özünü gücləndirir", - deyə deputat İran Daxili İşlər Naziriliyi və Vətəndaş Qeydiyyatı İdarəsinin rəsmilərinə müraciət edib.
Qeyd edək ki, bu yaxınlarda sözügedən idarə Ayxan, Elxan, Orxan, Əlixan, Əlişan, Elara və sair kimi məşhur adları İranın ad siyasından çıxarıb.