Ru
08:59 / 09 May 2024

Gürcüstan rus turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir

1781

İyunun 1-dən Gürcüstanda turistlər üçün yeni qaydalar qüvvəyə minəcək.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, qeyd olunan tarixdən etibarən ölkəyə gələn bütün qonaqlardan qaldıqları bütün müddət ərzində tibbi sığorta tələb olunacaq.

Yaydan başlayaraq Gürcüstana gələn hər bir turist ölkədə qaldığı bütün müddət ərzində tibbi sığortaya sahib olmalıdır. Bu tələbi pozanlar təxminən 110 ABŞ dolları məbləğində cərimə olunacaqlar.

Səyahətlərini və uçuşlarını təkbaşına planlaşdıran səyahətçilər bu tələbə xüsusi diqqət yetirməlidirlər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər