Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:14 / 29 Noyabr 2024

Gürcüstan XİN hakim partiyanı qınayan bəyanat imzaladı

1021
Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) 100 əməkdaşı hakim “Gürcü Arzusu” partiyasının Aİ ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırmaq qərarını qınayan bəyanatı imzalayıb.

Bakupost.az xəbər verir ki, diplomatlar iqtidar partiyasının qərarının ölkənin strateji maraqlarına uyğun gəlmədiyini bəyan ediblər. Qeyd olunub ki, ölkənin Aİ-yə üzvlük fürsətindən birtərəfli qaydada imtinası mənfi strateji nəticələrə gətirib çıxaracaq. Bəyanatda qərarın eyni zamanda Gürcüstanı artan təhdidlər fonunda təcrid halına salacağı qeyd edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar