Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:02 / 30 Noyabr 2024

Gürcüstanda hökumət əleyhinə mitinq başladı

1422
Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə mitinq başlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib.

Nümayişçilər Rustaveli prospektində parlamentin qarşısındakı meydanda toplaşıblar. Artıq prospekt bağlanıb.

Etirazçıların əsas tələbi hökumətin istefasıdır. Bəzi etirazçılar parlamentin əsas girişindəki dəmir hasara daş və digər əşyalar atıblar.

Parlament binası yaxınlığında ağır polis dəstələri növbə çəkir. Polislə toqquşma olmayıb.

Qeyd edək ki, Gürcüstanda son iki gündə kütləvi etiraz aksiyaları keçirilib. Noyabrın 29-dan 30-na keçən gecə Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiyalar zamanı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edilib, nəticədə etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmaya baş verib. Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib ki, bu, “etirazçıların sistemli zorakılığına” cavab idi. Hər iki tərəfdən xəsarət alanlar olub. İki gün ərzində polis təxminən 150 nəfəri saxlayıb.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar