Ru
21:29 / 15 İyul 2025

Gürcüstanla Ermənistan arasında gərginlik – Nələr baş verir?

Gürcüstanla Ermənistan arasında gərginlik  – Nələr baş verir?
Eye

Uzun müddətdir ki, Ermənistanla Gürcüstanın münasibətlərində nəsə düzgün deyil. Gürcüstan erməni brendi ilə yüklənmiş maşınlara problem yaradır, onları Rusiya sərhədinə keçməyə qoymur, balıq ixracını dayandırır, indi də Rusiyadan maye qaz daşıyan maşınları Rusiya sərhədindən buraxmır.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Bildirilib ki, Ermənistanda maye qaz böhranı var, cəmi 10 gündə maye qazın qiyməti 50-60 faiz artıb, bəzi yanacaqdoldurma məntəqələrində ümumiyyətlə maye qaz yoxdur, bəzilərində isə yaxın günlərdə bitəcək:
“Gürcüstan göstərmək istəyir ki, Ermənistan ondan nə qədər asılıdır, Ermənistanda iqtisadi böhran yaratmaq üçün həmin ölkəyə nə qədər minimum səy lazımdır. Ermənistanın qondarma hakimiyyəti də guya gürcü tərəfi ilə müəyyən danışıqlar aparmağa, həll yollarını tapmağa çalışır, amma təbii ki, heç bir nəticə yoxdur. Bəlkə də başa düşürlər ki, heç bir nəticə olmayacaq, çünki Ermənistan-Gürcüstan münasibətlərində mövcud olan fundamental problemi aradan qaldırmaq mümkün deyil.

Heç kim belə bir böhrana səbəb olan motivin nə olduğunu, Gürcüstan hakimiyyətinin Ermənistanı və erməni cəmiyyətini niyə və hansı səbəbdən cəzalandırmağa çalışmasından danışmır. Müxtəlif izahlar var: məişətdən tutmuş iqtisadiyə qədər. Guya erməni və gürcü brendi istehsalçıları arasında rəqabət var və ermənilər guya Rusiyanın ticarət şəbəkələri ilə müqavilələr bağlayırlar və bu müqavilələrdə qeyd olunur ki, bu şəbəkələr yalnız erməni brendi və ya şərabını satsın, gürcü satılmasın, yaxud Ermənistana yük daşınması məsələsində erməni və gürcü daşıyıcıları arasında ayrı-seçkilik edilir, erməni avtomobil daşıyıcılarına üstünlük verilir. Ola bilsin ki, belə texniki və ya iqtisadi məsələlər həqiqətən də mövcuddur, lakin yeganə problem bu olsaydı, onlar çoxdan və asanlıqla həll olunardı”.

Məqalədə bildirilib ki, problem daha dərindir və onu həll etmək mümkün deyil, üstəlik, daha da dərinləşəcək, daha ciddi münaqişənin səbəbinə çevriləcək:

“Problem Ermənistan hakimiyyətinin Azərbaycan və Türkiyəyə dəhliz vermək istəyi və ya qərarındadır ki, bu da Gürcüstanın maraqlarına əhəmiyyətli dərəcədə təsir edəcək, Gürcüstanı çıxılmaz vəziyyətə salacaq.
Bilirsiniz ki, bu gün Gürcüstan Türkiyə ilə Azərbaycan arasında əsas vasitəçi dövlətdir, Azərbaycan neftinin və qazının tranziti Gürcüstan ərazisindən keçir. Ən əsası, Mərkəzi Asiya ölkələri ilə Türkiyə, Mərkəzi Asiya və Avropa İttifaqı ölkələri arasında ticarət Gürcüstan ərazisi vasitəsilə həyata keçirilir, Gürcüstan Çin və Avropa arasında mühüm ticarət mərkəzinə çevrilmək üçün infrastruktur layihələri həyata keçirir. Çin malları Azərbaycana Qazaxıstandan, Avropaya isə Gürcüstanın Qara dəniz sahilində tikilən Anaklia limanından keçir. Təsəvvür edirsinizmi, Türkiyə və Azərbaycan bir-biri ilə birbaşa əlaqə qura bilsələr, Türkiyə Azərbaycanla Xəzərdən Qara dənizə və Aralıq dənizinə kimi ümumi iqtisadi zona formalaşdıra bilsə, Gürcüstanın başına nə gələcək”.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar