Aparıcı Hacı Nuran Hüseynovun səhhətində problem yaranıb.
"Bakupost" Axşam.az-a istinadla xəbər verir ki, aparıcı bir neçə aydır Almaniyada müalicə alır.
Hacı Nuranın ayaq sümüyündə problem yaranıb. Bu səbəbdən yeriməkdə çətinlik çəkən aparıcı yaxın günlərdə əməliyyat olunacaq.