Ru
11:14 / 03 Aprel 2024

Hacı Qəni Camalzadə ilə görüş keçirildi - FOTOLAR

4899

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi Abşeron rayon MKS-nin Mərkəzi Kitabxanasında gənclərdə mütaliə mədəniyyətinin formalaşması və yerli yazarların tanıdılması məqsədilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, Qarabağ müharibəsinin iştirakçısı Hacı Qəni Camalzadə ilə görüş keçirilib.


Bakupost.az xəbər verir ki, tədbirdə Abşeron gəncləri və fəxri qonaqlar iştirak ediblər.



Açılış nitqi ilə çıxış edən, Abşeron rayon MKS-nin direktor v.m.i.e Rəşidə Rzayeva hər kəsi salamlayıb, yazıçının həyat və yaradıcılığı haqqında gəncləri məlumatlandırıb. Vurğulayıb ki, 17 kitab müəllifi Hacı Qəni Camalzadə özünəməxsus yazı üslubu, xüsusi dəsti xətti ilə sayılıb-seçilən yazıçılardan biridir. Sonra Hacı Qəni Camalzadənin özünə söz verilib.


Gənclərə "Seçilmiş əsərləri" kitabı, "Şeytana daş atanlar" romanı haqqında ətraflı məlumat verdikdən sonra yazıçı, onların suallarını cavablandırıb.



Sonra fəxri qonaqlar şair-publisist Ağacəfər Həsənli, əməkdar jurnalist, nasir, publisist İdris Şükürlü, şair-jurnalist, Ekoloji qəzetinin redaktoru Şahin Həmidli rəssam, heykəltaraş yazıçı Zahir Məlikli, Pedaqogika üzrə fəlsəfə doktoru Mehriban Abdullayeva, kitabxananın Metodika və Biblioqrafiya şöbəsinin metodisti Pərvanə Muradova çıxış ediblər.


Çıxışçılar yazıçının şəxsi keyfiyyətləri, qələmə aldığı maraqlı hekayələri haqqında danışıblar. Qeyd ediblər ki, yazıçı real həyat həqiqətlərinə söykənən maraqlı əsərləri ilə oxucularının xüsusi rəğbətini qazanıb. Sonra Şahin müəllim öz şeir parçalarından bir neçəsini, həmçinin "Namaz xalçasıdır şeir dəftərim" adlı, Hacı Qəni Camalzadəyə həsr olunan şerini səsləndirib.


Tədbirin sonunda Hacı Qəni Camalzadə öz kitablarını Mərkəzi Kitabxanaya və gənclərə hədiyyə edib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər