Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:37 / 14 Oktyabr 2024

"Halal" adının keçdiyi yerdə rüşvət olmamalıdır - Ekspert

3129
“Azərbaycanda qida məhsullarına halal standartı illərdir ki, pul müqabilində verilib. Bu günədək rüşvətlə verilmiş halal standartları ləğv edilməli, yenidən müəssisələrdə monitorinqlər keçirilməlidir. Halal adının keçdiyi yerdə rüşvət olmamalıdır”.

Bunu Bakupost.az -a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. O bildirib ki, bu gün marketlərdə halal adı ilə satılan ət və süd məhsullarının üzərindəki "halal" işarəsinin heç bir hüquqi və texniki əsası yoxdur:

"Məhsulların üzərinə "halal" işarəsi qoymaq o demək deyil ki, məhsul İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya Təşkilatının (SMIIC) standartlarına cavab verir. Əgər kimsə hansısa bir ölkənin halal məhsullarının sertifikatlaşdırılması üzrə təşkilatını təmsil etmək adı ilə bunu həyata keçirirsə, bu, qanunazidddir. Halal standartla məhsullar islami qaydalara uyğun istehsal olunmalıdır.



Dünya xalqları hər il halal mallara 3 trilyon ABŞ dolları pul ödəyir. Çünki halal mallar həm də ekoloji təmiz məhsul hesab olunur. Azərbaycanda isə halal məhsullar beynəlxalq standartlara uyğun istehsal edilmədiyindən, onların müsəlman ölkələrinə ixracı problem yaradır. Odur ki, bu prosesin dünya standartlarına uyğunlaşdırılması şərtdir”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar