Ru
12:53 / 08 May 2026

Hantavirus təhlükəsi: Dünya təşvişdə, İsraildə də yayılır

Hantavirus təhlükəsi: Dünya təşvişdə, İsraildə də yayılır
Eye

Son günlər yayılan hantavirus infeksiyası dünya mediasının əsəs gündəm mövzularından birinə çevrilib.

Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, ölüm halları və yoluxmaların artması narahatlığı daha da artırıb. Xüsusilə göyərtəsində hantavirus yayılan MV Hondius kruiz gəmisində baş verənlər təşviş yaradır.

Son məlumatlara görə, gəmi Kabo-Verdi sularını tərk edərək Kanar adalarına doğru yola düşüb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, gəmi sərnişinlərindən 8 nəfərində hantaviris infeksiyası təsdiqlənib. 3 nəfər isə həyatını itirib. Təxliyyə olunanlardan bəzilərinin vəziyyəti ağır olaraq qalır.
Mütəxəssislər bildirir ki, aşkarlanan virus yaxın təmas zamanı insandan-insana keçə bilir. Virus əsasən gəmiricilər vasitəsilə yayılır. Yüksək hərarət, nəfəs darlığı, ağır ağ ciyər problemləri yarada bilir.

Son məlumata görə, hantivurusa yoluxma halı İsraildə də qeydə alınıb. Bildirilir ki, virusa yoluxan şəxs bir neçə ay əvvəl Şərqi Avropa ölkələrində olub.

Qeyd edək ki, təxminən üç həftə öncə Niderland bayrağı altında hərəkət edən MV Hondius kruiz layneri Kabo-Verdi sahillərində olarkən sərnişinlər arasında hantavirus infeksiyası aşkarlanıb.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar