Ru
18:41 / 07 May 2024

Həcc vizası olmadan ziyarətə gedənlər cərimələnəcək

1083
Həcc vizası olmadan ziyarətə gedənlər cərimələnəcək.

Bakupost.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Həcc vizası olmadan ziyarətə gedənlər iyunun 2-dən etibarən 10 min riyal (2675 dollar) cərimələnəcək.

Bildirilib ki, bu hal təkrarlanacağı təqdirdə, cərimə ikiqat olacaq. Eyni zamanda, qeyd edilib ki, Həcc ziyarətinə icazəsi olmayan şəxslər deportasiya ediləcək.

Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Azərbaycandan Həcc ziyarətinə 1500 nəfərlik kvota ayrılıb. Ziyarətin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir. İyunun 16 və 17-də Azərbaycanda Qurban bayramıdır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər