Ru
11:20 / 15 May 2025

Hədəf Liseyinin "Stars Campus"u açıldı

Hədəf Liseyinin "Stars Campus"u açıldı
Eye

Hədəf Şirkətlər Qrupuna daxil olan Hədəf Liseyi, 2025-2026-cı tədris ili üçün yeni və fərqli formatda “Stars Campus”unu təqdim edir.

Liseydən Bakupost.az -a verilən məlumata görə, Bakıxanov qəsəbəsində açılan yeni kampusda beynəlxalq təhsil proqramı əsasında tədris aparılır.

Burada təhsil “bilingual” yanaşma ilə (Azərbaycan-ingilis, rus-ingilis), ingilis dilli tədris isə IB (International Baccalaureate – beynəlxalq bakalavriat) əsaslıdır. Təhsildə “bilingual” yanaşma (ikidilli yanaşma) tədrisin iki dildə: əsas tədris dili və xarici dildə aparılması metodudur. Bu yanaşmanın məqsədi həm mövzu üzrə biliklərin, həm də dil bacarıqlarının paralel şəkildə inkişaf etdirilməsidir.

Hədəf Liseyi “Stars Campus”unda məktəbəqədər və “bilingual” yanaşma ilə (Azərbaycan, rus, ingilis) 1-8-ci sinif şagirdləri təhsil ala bilərlər.
IB əsaslı ingilisdilli təhsil ilkin mərhələdə 3 - 12 yaşlı şagirdləri əhatə edəcək. Bu proqram şagirdlərin akademik, sosial və emosional baxımdan balanslı inkişafını hədəfləyir.

Hədəf Liseyi “Stars Campus”unun əsas üstünlükləri rəhbər və komanda heyətinin 20 ildən artıq tədris təcrübəsinə malik olması, innovativ yanaşma, təhsilanlara fərdi münasibət, onlayn idarəetmə sistemi, təhsilalanların davamlı analitik və akademik müşahidəsidir. Buradakı siniflərdə maksimum 16 şagird qruplaşdırılır, valideynlərə günlük, həftəlik, aylıq məlumatlar LMS və SMLS sistemləri vasitəsi ilə göndərilir. Hədəf Liseyi “Stars Campus”u “Hədəf konsepti” əsasında idarə olunur.

Hədəf Liseyi “Stars Campus”u bir çox xidmətlər təklif edir. Burada təhsil milli və beynəlxalq kurikulumlara əsaslanır, üstəlik, şagirdlər iki dildə təhsil alırlar.

Xatırladaq ki, Hədəf Liseyi Azərbaycanın ilk və hələ ki yeganə STEAM əsaslı məktəbidir. Hədəf Liseyi STEAM akreditasiyasına sahibdir. STEAM əsaslı yanaşma “Stars Campus”unda da davam etdirilir. Yüksək texnologiyalarla təchiz olunmuş STEAM, Texnologiya, İnformatika kabinetləri bu yanaşmanı həyata keçirmək üçün şərait yaradır.

Əlavə olaraq aşağıdakı xidmətlər də təmin edilir:

- Məktəbli geyimləri – tam dəst olaraq bütün məktəblilər yay-qış geyimləri ilə təmin olunurlar.
- Qidalanma – məktəbəqədər siniflərdə oxuyanlar gündə 5 dəfə, 1-8-ci siniflərdə oxuyanlar isə gündə 3 dəfə qidalanırlar.
- Dərsliklər – bütün dərsliklər, əlavə çalışma kitabları və tapşırıq topluları məktəb tərəfindən verilir.

Bundan əlavə, ödənişsiz dərnəklər, klublar fəaliyyət göstərir.
Həmçinin sınaq imtahanları, monitorinqlər, psixoloji dəstək, konsultasiyalar, görüşlər, olimpiadalarda, yarışlarda iştirak və s. lisey tərəfindən təşkil olunur.

Hədəf Stars Campusunda tam təmirli və təchizatlı sinif otaqları ilə yanaşı STEAM otağı, aerokosmik dərs otağı, robot müəllim sinfi, informatika, kimya, biologiya, fizika kabinetləri, Dədə Qorqud çadırı, geniş futbol stadionu, üzgüçülük hovuzu, uşaqlar üçün əyləncə parkı və s. var.

Hədəf Liseyi “Stars Campus”u, STEAM akreditasiya, Cambridge Assessment International Education (CIE), International Baccalaureate, College Board, Nesibe Aydın Okulları, Harper Collins Publishers, European Schoolnet, Fisherteknik, Serçe akademi, Eschool, ELTA, Naturagiyim, Skool21 kimi qabaqcıl və qlobal şirkətlərlə əməkdaşlıq edir.

Qeyd edək ki, Hədəf Liseyi “Stars Campus”unun açılışına özəl olaraq 1 iyun tarixinə qədər qeydiyyatdan keçənlərə 20 % güzəşt tətbiq ediləcək.

Əlaqə: +994 12 311 15 20
Ünvan: Bakıxanov qəs., Bəşir Bünyadov küç., 3 ( “Koroğlu” m/s yaxınlığı)

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar