Ru
12:04 / 01 May 2025

Hələ də suyun içində qalanlar var... - Razi Nurullayev

Hələ də suyun içində qalanlar var... - Razi Nurullayev
Eye

"Bu gün də evi suyun içində qalan və qapısı döyülməyən vətəndaşlar var".

Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Razi Nurullayev deyib.

"Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalının təsis edilməsini dəstəkləyir və bunu layiqli hesab edirəm. Bunu fakt üzərində izah etmək istərdim. Güclü yağışlar Azərbaycanda ciddi fəsadlar törətdi. Hökumət, dövlətimiz sağ olsun ki, müəyyən addımlar atıldı və buna görə zəhməti keçən hər kəsə təşəkkür edirəm. Xüsusilə Daxili İşlər Nazirliyinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyi gecə-gündüz çalışdılar və bunu mütləq vurğulamalıyam.

Bununla bərabər deməliyəm ki, hələ də evi suyun içində qalan və qapısı döyülməyən vətəndaşlar var. Təəssüflə deməliyəm ki, heç də aidiyyəti dövlət qurumları işinin öhdəsindən gəlməyib, zamanında ciddi həyəcan siqnalı da verməyiblər.

Buradan Fövqəladə Hallar Nazirliyinə təşəkkürümü bildirmək istəyirəm. Cənab nazirə, müavinlərinə, bütün kollektivə “sağ ol” deyirəm. Yalnız onlar telefon zənglərimə cavab verib operativ qərar qəbul etdilər. Gözümüzün qabağında insanları xilas etdilər, neçə gün xidməti maşınlarda gecələdilər. Amma aidiyyətı orqanların bir çoxunun laqeydliyinin şahidi olduq. Çox təəssüf. Bilsinlər ki, onlar parlamentə gələn zaman çətin suallarla üzləşməli olacaqlar. Hər bir dövlət qurumu üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməlidir", - o deyib.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar