Ru
09:53 / 28 Noyabr 2026

Helikopter qəzaya uğradı: 8 hərbçi həlak oldu

Helikopter qəzaya uğradı: 8 hərbçi həlak oldu
Eye

Peruda Mi-17 hərbi helikopter qəzaya uğrayıb.


"Bakupost" xəbər verir ki, bu barədə "Peru21" qəzeti məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində 8 hərbçi həlak olub. Ölənlər arasında Peru Hərbi Hava Qüvvələrinin 5, quru qüvvələrinin 3 hərbçisi var.

Məlumata görə, yalnız pilot sağ qalıb.

Hadisə Ayakuço bölgəsinin Kanayre dairəsində yerləşən Sanabamba şəhəri yaxınlığında hərbi əməliyyat zamanı baş verib. Helikopterin hərbi patrul üçün təxliyə əməliyyatında iştirak etdiyi bildirilir.

Qəzanın səbəbi hələ müəyyən edilməyib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar