Ru
12:59 / 11 Aprel 2024

Hərbi ekspert: “Erməni ordusunun mövqeyi darmadağın edilməlidir”

3432
“Qubadlı istiqamətində Ermənistan tərəfindən açılan atəş nəticəsində baş leytenant Rövşən Məmmədov yaralanıb. Bu Azərbaycanın səbr kasasında tükənən son damla olmalıdır. Zabitimizin qisasi isti-isti, həm də birə on alınmalıdır. Atəş açılan düşmən mövqeyinin əhəmiyyəti varsa, həmin ərazidə Azərbaycan əsgəri Azərbaycan bayrağını qaldırmalıdır. Bu mövqenin bizim üçün əhəmiyyəti yoxdursa, erməni ordusunun mövqeyi darmadağın edilməli, həmin mövqedə düşmən yerləşməsinə imkan verilməməlidir”.

Bakupost.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspertin sözlərinə görə Ermənistan bu hələ azmış kimi ictimaiyyətdə çaşqınlıq yaratmaq üçün dezinformasiya da yayır:


“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin dünən itkin düşən qoyun sürüsünü axtaran Xinzirək kənd sakini olan erməni çobanın "səhvən" Azərbaycan ərazisinə keçməsi və bundan sonra iki ölkənin sərhədçiləri arasında atışma başlaması, nəticədə bir azərbaycanlı sərhədçinin yaralanması, sonda çoban və sürünün geri qaytarılması barədə paylaşdığı rəsmi məlumatda saxta məqamlara rast gəlinir.

Yuxarı və Aşağı Xinzirək icmalarının keçmiş rəhbəri, Azərbaycana münasibətdə xüsusi xidmətləri ilə fərqlənən Ervand Malunts hadisə ilə bağlı bildirib ki, rəsmi məlumatda adı keçən çoban onların kənd sakini deyil, burada yaşamır, kənd sakinlərindən kimsə Azərbaycan tərəfinə keçməyib və azmayıb.
Belə çıxır ki, "demokratik" Ermənistanda itkin çobanı, onun hələlik bəxti gətirən 200 qoyunundan bir neçəsini və saxta məlumat yayan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin inəklərindən bir -ikisini tapıb sorğu-suala tutan bir jurnalist tapılmır”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər