Hindistan sərhədçiləri pakistanlını sərhəddə güllələyiblər.
Bakupost.az xəbər verir ki, bu barədə AFP agentliyi Hindistan sərhəd təhlükəsizlik qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, pakistanlı sərhədi “qanunsuz keçməyə cəhd etdiyi üçün” güllələnib:
“Qucarat əyalətindəki sərhədçilər ötən axşam sərhəd hasarına doğru hərəkət edən "şübhəli bir şəxsi" görüblər. Sərhədçilərin iddiasına görə, kişi dayanmaq tələblərinə məhəl qoymayıb və qaçmağa davam edib, bundan sonra o güllələnib”.
Qeyd edək ki, Hindistan və Pakistan arasında 22 apreldə vəziyyət gərginləşib, 10 mayda isə ABŞ, Türkiyə və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə atəşkəs əldə edilib.