Hindistan ordusu gecə saatlarında Pakistandan çoxsaylı hücumları dəf edib.
Bakupost.az xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələrinin yaydığı məlumatda deyilir.
“Mayın 8-dən 9-na keçən gecə Pakistan silahlı qüvvələri bütün qərb sərhədi boyunca pilotsuz uçan aparatlar (PUA) və digər hərbi sursatlardan istifadə etməklə çoxsaylı zərbələr endirib”, - qurum qeyd edir.
Həmçinin bildirilir ki, Pakistan qüvvələri Cammu və Kəşmir istiqamətlərində də (bölgənin Hindistanın nəzarətində olan hissələrinə - red.) atəş açıb.