Ru
18:00 / 08 May 2025

Hindistan XİN: Pakistan hücum etsə, cavabımız çox sərt olacaq

Hindistan XİN: Pakistan hücum etsə, cavabımız çox sərt olacaq
Eye

Hindistanın Xarici İşlər naziri Subrahmanyam Cayşankar bildirib ki, ölkəsi İslamabadla münasibətləri gərginləşdirmək niyyətində deyil, lakin Pakistan ona hərbi hücum edəcəyi təqdirdə, sərt cavab verməyə hazırdır.

Bakupost.az xəbər verir ki, nazir bu bəyanatı Yeni Dehlidə keçirilən Hindistan-İran Birgə Komissiyasının iclası zamanı səsləndirib

Cayşankarın sözlərinə görə, əgər Pakistan tərəfindən hücum olarsa, "çox sərt cavab veriləcəyinə dair heç bir şübhə olmamalıdır".

O bildirib ki, Hindistanın mayın 7-də infrastruktur obyektlərinə endirdiyi zərbələr aprelin 22-də Pahalqam hücumundan sonra atılmış zəruri addım idi.

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar