Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:36 / 15 Oktyabr 2024

"Hizbullah" Təl-Əviv yaxınlarına zərbələr endirib

1303

Oktyabrın 14-ü axşam saatlarında Təl-Əvivin yaxınlığına edilən raket hücumuna görə məsuliyyəti “Hizbullah” silahlıları öz üzərinə götürüb.


Bakupost.az xəbər verir ki, "Hizbullah"ın özünün "Telegram" kanalında yaydığı açıqlamaya görə, şəhərin şimalındakı hərbi hədəflərə ballistik raketlər atılıb. Əməliyyatın nəticələri barədə məlumat verilmir.


Səhər saatlarında qırıcılar Livanın cənubunda quru əməliyyatında iştirak edən İsrailin mexanikləşdirilmiş birləşmələrinin cəmləşdiyi Kiryat Şmona şəhəri və onun qonşu yaşayış məntəqələrini çoxsaylı raket sistemləri ilə atəşə tutublar.


Hesabatda qeyd olunur ki, müqavimət bölmələri cənubun mərkəzi sektorunda Ait əş-Şaab və Rab Talyatin yaşayış məntəqələri yaxınlığında düşmən qoşunlarının hücumlarını dəf edir.


Cavidan, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar