Ru
23:59 / 03 Noyabr 2022

İçki aludəçisi olan meymun mağazalardan oğurluq edir - FOTO

İçki aludəçisi olan meymun mağazalardan oğurluq edir - FOTO
Eye

Hindistanın Uttar-Pradeş ştatının Rai Bareli şəhərində spirtli içkilərə aludə olan meymun spirtli içki satılan mağazaları soymağa başlayıb.


Bakupost.az “India Times”a istinadla xəbər verir ki, mağazalardan birinin sahibi sərxoş meymunun onu və digər mağaza sahiblərini qorxutmasından şikayətlənib.


Bildirilir ki, içki şüşələrini əlindən almaq istədikdə meymun aqressivləşərək adamlara hücum edir.


Qeyd olunub ki, bu meymun içki düşkünlüyünə görə şəhərdə məşhurlaşıb. Rəsmilər Meşə Ehtiyatları Departamentinin köməyi ilə meymunu tutmağa çalışdıqlarını açıqlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar