Ru
13:40 / 18 Yanvar 2023

İcra başçısının fəaliyyəti yoxlanılır - İşdən çıxarıla bilər

3828
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin fəaliyyəti yoxlanılır.

Bakupost.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, 2011-ci ildən Bərdənin icra başçısı vəzifəsində çalışan Vidadi İsayevdən ciddi narazılıqların olması artıq onun da karyerasının sonunu yaxınlaşdırıb.

Bildirilir ki, yoxlamalar bir müddət əvvəl başlayıb. Bundan başqa, Vidadi İsayevdən edilən şikayətlərlər bağlı da araşdırmalar aparıldığı iddia edilir.

Vidadi İsayev ən çox narazılıq edilən icra başçılarından hesab edilir. Anti-korrupsiya çərçivəsində icra başçılarının həbsi başlayanda onun da adı gündəmə gətirilmişdi. Hətta bir neçə dəfə həbs ediləcəyi barədə məlumatlar da yayılıb.

Qeyd edək ki, 18 aprel 1959-cu ildə Ermənistan SSR-in Əzizbəyov rayonunun Artavan kəndində anadan olan Vidadi İsayev 2004-2005-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini, 2005-2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı olub. Prezidentin 3 mart 2011-ci il tarixli sərəncamı Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Şərhlər
  • t.ədalət

    Vidadi İsayev elə Vasif Talıbov qədər sərvətə malik bir talançıdır.Bu adam Bərdədə diş texniklərindən pul alıb onlara özəl diş müalicəsi edən klinikalar işlətməyə icazə verirdi.Pulunu ala bilmədiyi diş həkimlərini isə müxtəlif yollarla təqib edirdi.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər