Ru
11:35 / 15 İyul 2022

İcra başçısının müavini məktəbli qızı döydü - İDDİA - FOTO

İcra başçısının müavini məktəbli qızı döydü - İDDİA - FOTO
Eye

Azərbaycanda məktəbli fiziki zorakılığa məruz qalıb.


Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat paylaşıb.


“Bu fotolar sığınacaq uşaqlarının deyil... Mənə göndərən şəxs iddia edir ki, bacısı qızını bu hala salan Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva və Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova (Babayeva) olub.


Məktəblini attestatı vermək adı ilə evə çağırıb evdə fiziki zorakılıq tətbiq ediblər.


Səbəb isə Rəsilə Əliyevanın qızının telefonundan istədiyi oğlana mesaj yazması olub. Deyilənə görə, öz qızını da döyüb, amma belə yox”.


Məsələ ilə bağlı Rəsilə Əliyeva ilə əlaqə saxlasaq da, açıqlama almaq mümkün olmayıb.




BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar