Ru
10:03 / 18 İyun 2025

Murdar əlini çəkməli, postunu tərk etməlidir - Paşinyandan sərt bəyanat

Murdar əlini çəkməli, postunu tərk etməlidir - Paşinyandan sərt bəyanat
Eye

“Ermənilərin katolikosu II Qareginin subaylıq andını pozması və övladının olması ilə bağlı əlimdə faktlar var, bu, dedi-qodu deyilmiş”.


Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan sosial media hesabında yazıb.

Ermənistan hökumətinin başçısı katolikosun subaylıq andını pozması barədə əvvəlki fikrini növbəti dəfə təkrarlayıb:



“Subaylıq andının pozulması din xadiminin işdən çıxarılması üçün təkzibedilməz vacib şərtdir.

Bir çox insanın andın pozulmasından xəbərdar olduğu, amma susduğu vəziyyət Erməni Apostol Kilsəsinin təməllərini sarsıtmağın birbaşa yoludur.

Düzünü deməliyəm ki, uzun müddət şayiələrə, dedi-qodulara inanmırdım, amma indi bir faktı bildiyimə görə və sübuta yetirilmiş şəkildə bu barədə susmaq küfr, kilsəmizin təməllərini sarsıdanlarla ortaqlıq olardı. Subaylıq andını pozanlar, bu halda Ktriç Nersisyan (II Qaregin) və Samvel Xaçaturyanın faktiki sübut olunmuş halları və murdar əlləri ilə Erməni Apostol Kilsəsinə toxunmağa haqları yoxdur və Müqəddəs Eçmiədzin Kilsəsini tərk etməlidirlər”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar