Ru
09:40 / 05 Dekabr 2024

İlham Əliyevdən konfrans iştirakçılarına müraciət

İlham Əliyevdən konfrans iştirakçılarına müraciət
Eye

Bu gün Bakıda Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransı keçirilir.

Bakupost.az xəbər verir ki, konfransın açılışında Qərbi Azərbaycan İcması haqqında qısametrajlı film nümayiş olunub.

Sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda təşkil etdiyi konfrans iki gün davam edəcək. Konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar