Ru
15:17 / 22 Noyabr 2022

“İlk daşı Əkrəm Əylisli atıb” - Elçin Hüseynbəyli

6141
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla yazıçı Əkrəm Əylisli arasındakı polemika səngimək bilmir.

Məlum olduğu kimi, bir müddət bundan əvvəl Əkrəm Əylisli Azərbaycan Yazıçılarının XII qurultayı haqqında sərt ifadələr söyləmiş, o cümlədən Anarın İsmayıl Şıxlını devirərək onun yerinə AYB sədri olması ilə bağlı qalmqallı açıqlamlar vermişdi.

Bu gün isə Xalq yazıçısı Anar son dövrlər onun adı ətrafında cərəyan edən hadisələrlə bağlı məqalə yazıb və məqalədə Əkrəm Əylisliyə ismarıclar göndərib.


AYB-nin katibi yazıçı Elçin Hüseynbəyli Bakupost.az -a verdiyi müsahibəsində iki qocaman yazıçı arasında illərdir davam edən səngimək bilməyən bu toqquşma ilə bağlı fikirlərini bildirib.


Yazıçı bunu emosiayaların toqquşması hesab etdiyini vurğulayıb:


“Bunlar emosiyaların toqquşmasıdır. Eyni zamanda birinci daşı kimin atmasına bağlıdır. Mən burda tərəf tutmaq istəmirəm, amma araşdırsan görərsiniz ki, ilk daşı Əkrəm Əylisli atıb. Birinci cığallığı da o başlayıb. Mənim yaxşı yadımdadır bir dəfə yazmışdı ki, “Rəsul Rza kimi adamlar mənim ətrafımda fırlanır.” Bu etik ifadə deyil. Onda Anar müəllim ona cavab verdi və Əkrəmin Rəsul Rzaya yazdığı məktubu çap elədi. Hansı ki, Komsomol mükafatını almaq üçün Rəsul Rzaya minnətçi düşmüşdü.”


Günel Musa
BakuPost

Həmçinin oxuyun:

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər