Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 11 may 2025-ci il tarixində keçirilən imtahanların nəticələri elan edilib.
Bakupost.az Sfera.az-a istinadən xəbər verir ki, bu imtahanlarda cəmi bir nəfər yüksək nəticə göstərməklə diqqət çəkib.
Belə ki, imtahanda ən yüksək nəticəni 294,1 bal toplayan Sumqayıt şəhər 22 saylı tam orta məktəbin cari il məzunu Gülçin Yalçın qızı Səfərli göstərib.
Qeyd edək ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür. Bu imtahanlarda iştirakı nəzərdə tutulan 7294 nəfərdən 1218 nəfər imtahana gəlməyib.