Müharibə ilə əlaqədar əlilliyi olanların avtomobillə təminatı bu il də davam edəcək.
Bakupost.az xəbər verir ki, u barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST TV-də izləyici suallarını cavablandırarkən məlumat verib.
Nazir bildirib ki, indiyədək 7700-dən çox, təkcə son 3 ildə 500-dən artıq avtomobil verilib. Keçən ilin sentyabrında o vaxta qədərki növbəyə duranların hamısına avtomobil verilib. Ötən ilin sentyabrından sonra növbəyə duranlara da bu il avtomobil veriləcək.
Yəni artıq avtomobillə təmin olunanlar maksimum 4-5 ay əvvəl növbəyə duranlar olur.