Ru
15:35 / 09 Mart 2023

İnkassatora hücumun arxasında hansı ölkə dayanır? - Açıqlama

2999
Xəbər verdiyimiz kimi, Bakıda hipermarketdə silahlı hücumla bağlı 3 nəfər həbs edilib.

Həmçinin cinayətin iştirakçılarından Ruhlan İsmayılovun gizləndiyi mənzildə xeyli pul və silah-sursat tapılıb. Bu isə bir daha həmin qrupun arxasında hansısa güclü qüvvələrin dayandığına dair fikirləri yenidən aktuallaşdırıb.




Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən millət vəkili Fazil Mustafa həmin şəxslərin hansısa ölkə ilə əlaqəli ola biləcəyini qeyd edib.

“Ümid edək ki, bu sadəcə soyğunçuluq hadisəsidir. Hər hansı şəkildə siyasi çalarları yoxdur. Amma digər variantlar da mümkündür. Hər halda yaxın zamanlarda istintaq müəyyən nəticələrə gəlib qərar verəcək. Biz hüquq-mühafizə orqanlarımıza güvənməliyik. Onların açıqlamalarından sonra daha dəqiq fikir söyləmək mümkün olacaq”, - millət vəkili bildirib.


F.Mustafa məsələ ilə bağlı araşdırmanın davam etdiyini bildirib:

“Bu məsələlər araşdırılır. Araşdırma ərəfəsində hər hansı fikir səsləndirmək çətindir. Bu məsələni istintaq orqanlarının öhdəsinə buraxmaq lazımdır. Məsuliyyətsiz fikir söyləsək, yönləndirmiş olarıq".

Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər