Ru
20:08 / 18 İyun 2025

İran qapana qısılıb, danışıqlar aparmaq istəyir...

İran qapana qısılıb, danışıqlar aparmaq istəyir...
Eye

ABŞ və İran arasında danışıqların müddəti hələ bitməyib və Tehran Vaşinqtonla təmasdadır.

Bakupost.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Trampın sözlərinə görə, iranlılar amerikalılarla əlaqə yaradır:

"Onlar hətta danışıqlar üçün Ağ Evə gəlməyi təklif etdilər".

Eyni zamanda, Tramp İranla danışıqların dəqiq nə vaxt bərpa oluna biləcəyini açıqlamayıb:

"Bunun (İsrail-İran müharibəsi – red.) daha nə qədər davam edəcəyini bilmirəm. Onlar tamamilə müdafiəsizdirlər. İranlıların hava hücumundan müdafiəsi tamamilə yoxdur. Biz İran üzərində hava məkanına tam nəzarət edirik".

O, ABŞ-ın İrana zərbə endirib-endirməyəcəyi barədə danışmaqdan imtina edib:

"Ola bilər ki, mən bunu etməyəcəm. Yəni, nə edəcəyimi heç kim bilmir. Sizə bunu deyə bilərəm: İran böyük problem içərisindədir və onlar danışıqlar aparmaq istəyirlər".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar