Ru
19:28 / 29 Mart 2024

İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb

İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
Eye

İranın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb.

Bakupost.az APA -ya istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyindəki məlumatlı mənbə IRNA-ya bildirib.

Mənbənin verdiyi məlumata görə, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası başa çatıb.

Bildirilib ki, mövcud razılaşmalar çərçivəsində İranın yeni səfiri Azərbaycana göndəriləcək.

Mənbə eyni zamanda, onu da bildirib ki, əldə olunmuş razılaşmaya əsasən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi tezliklə yenidən fəaliyyətə başlayacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar