Ru
21:12 / 19 İyun 2025

İran və ABŞ birbaşa danışıqlara başladı: Tehran şərtini açıqladı

İran və ABŞ birbaşa danışıqlara başladı: Tehran şərtini açıqladı
Eye

ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Arakçı İsrailin keçən həftə İrana zərbələr endirməyə başlamasından sonra bir neçə dəfə telefonla danışıblar.

Bakupost.az xəbər verir ki. bu barədə “Röyters” 3 diplomata istinadla məlumat yayıb.

“Arakçı deyib ki, İsrail iyunun 13-də başlayan hücumları dayandırmayınca Tehran danışıqlara qayıtmayacaq”, - diplomatlar bildirib.

Onların sözlərinə görə, danışıqlara ABŞ-ın İrandan kənarda regional uranın zənginləşdirilməsi konsorsiumunun yaradılması təklifinin qısa müzakirəsi daxildir. Tehran hələlik bu təklifi rədd edib.

Bu həftəki telefon danışıqları ABŞ və İranın apreldə danışıqlara başlayandan bəri ilk birbaşa danışıqları olub.

“Arakçı Uitkofa deyib ki, əgər Vaşinqton İsrailə müharibəni dayandırmaq üçün təzyiq etsə, Tehran “nüvə məsələsində çevik ola bilər”, - Tehrana yaxın diplomat vurğulayıb.

Aygün,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar