İsrailin İrana hücumu nəticəsində ölənlərin sayı 224 nəfərə çatıb.
Bakupost.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin (SN) İnformasiya Mərkəzinin başçısı Hüseyn Kirmanpur məlumat yayıb.
Kirmanpur bildirib ki, son 65 saatda 1 481 nəfər xəstəxanaya yerləşdirilib və onların 90 %-dən çoxu mülki şəxslərdir.