Ru
11:32 / 19 İyul 2025

İranda yanacaq anbarında dəhşətli YANĞIN - VİDEO

İranda yanacaq anbarında dəhşətli YANĞIN - VİDEO
Eye

İranın Sistan və Bəlucistan əyalətinin Səravan şəhərinin Kuhak kəndində yanacaq anbarında güclü yanğın baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, Kuhakda yanğınsöndürmə məntəqəsinin olmaması və Əsfəndəkdən göndərilən yanğınsöndürmə avtomobillərinin gecikməsi zərərin artmasına səbəb olub. Gələn avtomobillərdən biri isə əvvəlcə texniki nasazlıq səbəbindən işə düşməyib və yalnız təmir edildikdən sonra müdaxiləyə başlaya bilib.

Hazırda insan itkisi və ya yaralanmalarla bağlı rəsmi məlumat verilməyib.

Yerli sakinlər bildirirlər ki, bölgədə sabit iş yerlərinin olmaması səbəbilə bir çox insan risklərə baxmayaraq, yanacaq daşımaqla məşğul olur. Bu da bənzər təhlükəli hadisələrin tez-tez baş verməsinə şərait yaradır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar