Ru
14:19 / 07 İyun 2024

İranda yeni xəstəlik sürətlə yayılır - Ağcaqanaddan keçir

İranda yeni xəstəlik sürətlə yayılır - Ağcaqanaddan keçir
2059

İranda yeni xəstəlik sürətlə yayılır.

Bakupost.az İRNA-ya istinadla xəbər verib ki, İranın bir sıra şəhərlərində, o cümlədən Fars əyalətinin cənubunda yeni xəstəlik növü aşkarlanıb.

Məlumata görə, səlahiyyətli qurumlar tərəfindən görülən sağlamlıq tədbirlərinə baxmayaraq, ağcaqanad dişləməsi nəticəsində insanlara keçən "Dengi qızdırması” adlı yeni xəstəlik sürətlə yayılmaqda davam edir.

Bildirilib ki, xəstəliyin insanlardan yoluxması mümkün deyil, ancaq yaranma səbəbi ağcaqand dişləməsi olaraq göstərilir. Bu xəstəliyin yüksək hərarət və şiddətli baş ağrısı, göz, əzələ və oynaq ağrıları, ürəkbulanma, dəri səpgiləri, diş ətindən və ya bədənin digər hissələrindən qanaxma kimi müxtəlif simptomları var.

Aygün
BakuPost


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar