Ru
10:05 / 11 İyun 2024

İranda zəlzələ oldu

İranda zəlzələ oldu
1764

İranda zəlzələ olub.

Bakupost.az İRNA-ya istinadla xəbər verir ki, bu gün Kerman əyalətinin Zərənd şəhərində Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ baş verib.

Tehran Universitetinin Geofizika İnstitutunun məlumatına görə, zəlzələ səhər saat 03:40-da və 6 kilometr dərinlikdə qeydə alınıb.

Zərənd şəhərinin başçısı Seyid Rza Hüseyninejad zəlzələ nəticəsində dağıntıların olmadığını bildirib.

Elnur
BakuPost


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar