Ru
13:13 / 16 İyun 2025

İrandan təxliyə olunan Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDI - Aralarında diplomatlar da var

İrandan təxliyə olunan Azərbaycan vətəndaşlarının sayı  AÇIQLANDI - Aralarında diplomatlar da var
Eye

“İrandakı səfirliyimiz və Təbriz şəhərindəki Baş Konsulluğumuz, habelə İsraildəki səfirliyimiz Azərbaycan Respublikası vətəndaşları tərəfindən qaynar xəttlərə daxil olan müraciətləri müvafiq olaraq nəzərdən keçirir və zəruri tədbirlər görür”.

Bakupost.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

O bildirib ki, bununla əlaqədar, ilkin olaraq İrandakı səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhəddindən keçidi təmin olunub:

“Səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar