Ru
19:46 / 18 İyul 2025

İranın Fordo nüvə obyekti tam sıradan çıxıb - ABŞ

İranın Fordo nüvə obyekti tam sıradan çıxıb - ABŞ
Eye

ABŞ kəşfiyyatı belə nəticəyə gəlib ki, İranın Fordo nüvə obyektinə endirilmiş zərbə əhəmiyyətli dağıntılara səbəb olub.

Bakupost.az xəbər verir ki, bu barədə "The Washington Post" mənbələrə istinadən məlumat yayıb.

Lakin İsfahan və Natanz komplekslərinə dəyən ziyanın həcmi hələ dəqiqləşməyib və bu obyektlər hələ də fəaliyyət göstərə bilər.

Mənbələrin sözlərinə görə, Fordo kompleksinin məqsədli şəkildə sıradan çıxarılması baş tutub, lakin digər obyektlərdə tam məhv etmə halı müşahidə olunmayıb.

“Biz deyə bilmərik ki, İranın nüvə infrastrukturu tamamilə məhv edilib", - mənbə bildirib.

Konqresə yaxın mənbə isə vurğulayıb ki, hücumun əsas hədəfi olan Fordo obyektində ciddi uğura nail olunub.

Hazırda Vaşinqton zənginləşdirilmiş uran ehtiyatlarının Fordodan köçürülüb-köçürülmədiyini araşdırır. Əgər materiallar zərbədən əvvəl təxliyə olunmayıbsa, onların bir hissəsinin yenidən istifadə olunma riski qalır.

Bildirilib ki, Fordo hücumunda "bunker buster" tipli xüsusi bombalardan istifadə olunub. Lakin İsfahandakı nüvə obyektlərinə eyni silah tətbiq edilməyib. Səbəb kimi, Pentaqonun həmin obyektin geoloji baxımdan "keçilməz müdafiəyə" malik olduğunu dəyərləndirməsi göstərilir.

Qeyd edək ki, İsfahan İranın ən böyük nüvə tədqiqat mərkəzidir və onun infrastrukturu Fordodan daha dərin və möhkəm qayaların altında yerləşir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar