Ru
13:00 / 10 İyul 2025

İranlı molla türkləri aşağıladı: “Cəhənnəm əhlinin dili türkcədir"

İranlı molla türkləri aşağıladı: “Cəhənnəm əhlinin dili türkcədir"
Eye

İranlı hökumət mollası Əhməd Müctəhid Tehrani türklər haqqında söylədiyi qalmaqallı fikirlərlə gündəmə gəlib.

Bakupost.az "Azad İran"a istinadən xəbər verir ki, o, çıxışı zamanı “cəhənnəm əhlinin dili türkcə, cənnət əhlinin dili isə ərəbcədir” deyib.

Tehrani əlavə edib: “Mən bir az türkcə bilirəm. Təbrizə gedəndə mağazada ‘beş dənə yumurta ver’ deyirəm. Amma bir hədisimiz var: cəhənnəm əhlinin dili türkcədir. Yəni hansı millət cəhənnəmə getsə, dili türkcə olur”.

İranlı mollanın bu çıxışı nə vaxt və harada etdiyi açıqlanmayıb. Lakin sosial mediada onun sözlərinə sərt reaksiya verilib.

Zaur, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar